First LEGO League robot texnologiyaları və mühəndislik yarışları Azərbaycanda

Şeyda Allahverdiyeva
18/04/2018

Bu il çoxdan arzu etdiyimiz bir tədbiri – First LEGO League (FLL) yarışının Azərbaycan turnirini təşkil edirik. Hamımız razılaşarıq ki, robotların gələcəkdə həyatımıza daha yaxından daxil olacağı artıq heç kim üçün bir sirr deyil. Bəs necə edək ki, robotlar hər zaman bəşəriyyətin xeyri və inkişafı üçün fəaliyyət göstərsinlər, bizim öhdəsindən gələ bilmədiyimiz məsələləri həll etsinlər, insanların ümumi rifahını yüksəltsinlər. Necə edək ki, robotlar heç zaman dağıdıcı qurumların əlində güclü və idarəolunmaz bir alətə çevrilməsin?

Şəxsən mən hesab edirəm ki, bunun üçün gənc nəsli üç çox mühüm məsələni diqqət mərkəzində saxlamaqla tərbiyə etmək lazımdır – məlumatlılıq, texniki bacarıqlar və insanlıq xüsusiyyətləri. FLL məhz bu baxımdan möhtəşəm bir təşəbbüsdür. Digər bütün robot texnologiyaları yarışlarında fərqli olaraq, FLL iştirakçıları müxtəlif tərəfdən sınağa çəkir. Robot yarışları zamanı yaradıcı yanaşma və strategiya qurmaq, robot dizayn sahəsində proqramlaşdırma və dizayn, Layihə təqdimatında araşdırma və məsələlərə elmi yanaşma bacarıqları tələb olunursa, FLL-in “ürəyi” hesab olunan Əsas Dəyərlər hissəsi komanda işi, empatiya, dostluq, xeyirxahlıq və hörmət kimi bəşəri dəyərləri axtarır. FLL-də iştirak etmək üçün qeyd etdiyim komponentlərin hər birinin qabarıq nümayiş olunması çox vacibdir.

Elə bu səbəbdən də Mars Academy olaraq, Təhsil NazirliyiADA Universiteti ilə birlikdə təşkil etdiyimiz FLL Azərbaycan yerli turnirinin təşkilatçısı olmaqdan böyük qürur hissi keçiririk. 12 mayda yarışacaq, eyni zamanda yeni dostlar qazanıb, əylənəcək komandalara uğurlar arzu edirik.

Oxşar yazılar