1. Onlayn Kursların təsviri
· Onlayn dərslər intensiv proqram olmaqla Proqramlaşdırma və Rəqəmsal İncəsənət istiqamətlərini özündə birləşdirir.
· Şagirdlər bu dərslər vasitəsilə nəinki öz kreativliklərini genişləndirəcək, həmçinin riyazi bilik, alqoritmik və kodlaşdırma qabiliyyətlərini də inkişaf etdirəcəklər.
2. Ödəniş
· Kurs sifarişi üçün ödəniş kursun başlanğıc tarixindən əvvəl tam şəkildə həyata keçirilməlidir.
3. Ödənişi geri qaytarma siyasəti
· Onlayn kurslara qeydiyyat haqqının geri qaytarılması ilə bağlı sorğular onlayn kursun başlamasından 1 gün əvvəl bildirilməlidir.
· Qaytarılacaq məbləğdən 25% administrativ xərclər tutulacaqdır.
· Onlayn kurslara qeydiyyat haqqının geri qaytarılması yalnız nağd formada həyata keçirilir.
4. Onlayn kursların ləğv edilməsi
· Mars Academy hər hansı onlayn kurs üzrə qeydiyyatdan keçən şagird sayı az olacağı təqdirdə, onlayn kursu ləğv etmə hüququ özündə saxlayır.
· Onlayn kursun ləğv edilmə ehtimalı olan zaman qeydiyyatdan keçənlərə bildiriləcək və fərqli bir onlayn kursa keçmək və ya onlayn kurslara qeydiyyat haqqının tam geri qaytarılması təklif ediləcəkdir.
5. Onlayn dərslərin təşkili qaydaları
· Mars Academy onlayn dərs aparıcılarının proqramı icra edə bilməməsi ehtimalında, təlimçiləri əvəz etmək hüququnu özündə saxlayır. Onlayn dərs aparıcılarının dəyişdirilməsi onlayn kurslara qeydiyyat haqqının geri qaytarılması üçün səbəb deyildir.
· Mars Academy tərəfindən hər-hansı bir səbəbə görə onlayn dərs ləğv edilərsə, qarşılıqlı razılıq çərçivəsində yeni bir vaxtda təmənnasız əvəz ediləcəkdir. Şagirdlər tərəfindən buraxılan dərslərin əvəz olunması üçün isə Mars Academy heç bir öhdəlik daşımır.
· Mars Academy təhsil üçün olan materialların və məzmunun keyfiyyətli təqdim olunması üçün məsuliyyət daşıyır. İştirakçıların tərəqqisi barədə onların qanuni nümayəndələrinə vaxtında məlumat verməyi öz öhdəsinə götürür.
· Onlayn dərslər həftədə 4 dəfə, hər biri 1 saat olmaqla təqdim olunur. 2 həftəlik və 4 həftəlik tədris paketləri mövcuddur.
6. Bitirmə setifikatı
· Mars Academy onlayn kurslarını bitirən hər bir kurs iştirakçısına intensiv davam edən onlayn kurs üzrə Təşəkkürnamə təqdim edilir.
7. İştirakçıların məlumatlarının məxfiliyi
· Mars Academy onlayn kurslarına qeydiyyat üçün Mars Academy müəyyən sayda şəxsi məlumatlarınızı tələb edir.
· Məxfiliyiniz bizim üçün çox vacibdir. Mars Academy Məxfilik Siyasəti xüsusi olaraq, hansı məlumatları topladığımızı və necə istifadə olunduğunu əhatə edir.
· Şəxsi məlumatlarınızın necə istifadə olunduğunu daha detallı öyrənmək istəyirsinizsə, Mars Academy Çağrı Mərkəzi ilə əlaqə yarada bilərsiniz.
8. Fors-Major
· Fors-major (daşqın, zəlzələ, vulkan, yanğın və digər fövqəladə hallar) zamanı Mars Academy onlayn dərslərin keçirilməyəcəyi təqdirdə heç bir maddi və digər məsuliyyət daşımır.
9. Hüquqi məqamlar
· Bu Saziş Azərbaycan Respublikası qanunvericiliyinə tabedir və tərəflər hər hansı mübahisə ilə əlaqədar Azərbaycan Respublikası Məhkəmələrinin müstəsna səlahiyyətlərinə tabe olurlar.
10. Daha ətraflı məlumat üçün
· Mars Academy daim proqramlarını inkişaf etdirməyə çalışır və istifadəçi rəylərini alqışlayır.
· Mars Academy onlayn dərsləri ilə bağlı rəy bildirmək və ya şikayət etmək istəyirsinizsə, zəhmət olmasa, [email protected] elektron poçtuna göndərin və ya Mars Academy Çağrı Mərkəzi ilə əlaqə saxlayın.
· Şikayətlər çox ciddi qəbul edilir, vaxtında və düşünülmüş formada həll ediləcəkdir.
11. Əlaqə məlumatları
· E-mail: [email protected]
· Çağrı mərkəzi: +994(51)700 85 05
· Poçt: Bakı şəh., Yasamal r-nu, İslam Səfərli küç. 56, AZ1009