Mars Academy olaraq missiyamız keyfiyyətli STEAM (Science, Technology, Engineering, Art, Math – Elm, Texnologiya, Mühəndislik, İncəsənət, Riyaziyyat) təhsil proqramları təklif etməklə gələcəyin yenilikçi texnologiya mühəndislərinin yetişməsinə töhfə vermək, kiçik yaşlardan bu sahələrə olan marağın artmasında iştirak etmək, peşə seçimi mərhələsinə gəlib çatmış gənclərə özlərini müxtəlif peşələrdə sınamaqla, düzgün seçim etməkdə kömək olmaqdır. Məqsədimiz keçdiyimiz təlimlərin o qədər müasir, aktual və keyfiyyətli olmasıdır ki, onların verdiyi bilik və bacarıqların hətta Marsa uçarkən və Qırmızı planetin məskunlaşmasında da köməyə gəlsin. Beləcə dünyanın qabaqcıl təhsil həllərindən istifadə etməklə gənc və müasir düşüncəli təlimçilərin köməyi ilə Mars Academy tədris proqramı hazırlanıb və daim yenilənir.
Mars Academy dərslərində düşündürən suallar ortaya qoymaqla, araşdıraraq öyrənməklə, səhvlərimizi analiz etməklə inkişaf edirik. Ona görə də səhvlər edəndə məyus olmuruq, əksinə onları yeni bir şey öyrənmək üçün gözəl bir imkan kimi qəbul edirik.
Mars Academy məşğələləri həmişə qrup şəklində keçilir, uşaqlar 2-3 nəfərlik, daha böyük layihələr üçün isə böyük komandalar halında işləyirlər. Məqsəd komandada işləməyi öyrənmək, paylaşmaq və ümumi məqsədlər üçün birlikdə çalışmağın üstünlüklərini nümayiş etdirməkdir.
Mars Academy proqramları elə qurulub ki, məşğələlər zamanı qarşıya qoyulmuş məqsədlərə çatmanın yollarını uşaqlar özləri tapsınlar. Bunun üçün onlar şəxsi fikirlərini ifadə edir və hətta ən fantastik görürən fikirlərini belə həyata keçirməyin yollarını axtarırlar.
Mars Academy tədris proqramı hazırlanarkən 3 yaş qrupu (5-7 yaş, 8-11 yaş və 12-15 yaş) əsas götürülüb. Proqramlar hər bir yaşın maraq dairəsi, bacarıqları, qavrama qabiliyyətini nəzərə almaqla hazırlanıb və hər bir yaş dövründə vacib olan məlumatların ötürülməsini qarşısına məqsəd qoyub.
Biz inanırıq ki, ətrafımızda baş verən bütün hadisələr olduqca maraqlıdır və ətrafda baş verənləri müşahidə etməklə hər zaman yeni bir şey öyrənmək olar. Bu maraq dairəsinin danım genişlənməsi, yeni biliklərin və fikirlərin formalaşmasında öz töhfəmizi veririk.
Mars Academy məşğələləri 5-15 yaşlı uşaqların hamısı üçün nəzərdə tutulub, cinsindən asılı olaraq heç bir müxtəlif yanaşmaya yol verilmir.
Mars Academy məşğələləri praktik, dərin və hərtərəfli olduğu qədər də əyləncəli və dinamik keçir.
Mars Academy məşğələlərində yeni və qeyri-adi fikirlərin həyata keçirilir; yer kürəsinin cazibədar sirləri, bilinməyən uzaq planetlər, kosmosun dərinlikləri, və s. mövzular ətrafında qurulan dərslər, təxəyyülü daim inkişaf etdirir.