“Mars Academy” veb səhifəsinə daxil olmaqla yaxud səhifədən istifadə etməklə, siz Onlayn Məxfilik Siyasətinin şərtləri ilə (aşağıda təsviri verilir) razı olduğunuzu bildirirsiniz. Əgər bu şərtlər ilə razı deyilsinizsə, xahiş olunur veb səhifəyə daxil olmayın və ya ondan istifadə etməyin. Fərdi məlumatların toplanması Bu səhifədə müəyyən fəaliyyətləri həyata keçirərkən, sizdən onlayn formada dolduraraq göndərməklə özünüz haqqında müəyyən məlumatları təqdim etməyiniz istənilə bilər. Sizin üçün bu fəaliyyətin həyata keçirilməsi tamamilə könüllüdür. Əgər bu fəaliyyətləri həyata keçirmək seçimini edirsinizsə, o zaman sizdən fərdi kimlik məlumatları, məsələn adınızı, poçt ünvanınızı, e-mail ünvanınızı və digər fərdi kimlik məlumatlarını təqdim etməniz tələb oluna bilər. Fərdi məlumatları təqdim etməklə siz anlayırsınız ki, məlumatlarınızın Azərbaycan da daxil olmaqla “Mars Academy”nin ofislərinin olduğu istənilən yerdə “Mars Academy” tərəfindən saxlanmasına, ötürülməsinə və işlənməsinə razılıq vermiş olursunuz. “Mars Academy” bu məlumatları seçdiyiniz fəaliyyətlərdə iştirakınızın qeydə alınması və dəstəklənməsi məqsədilə toplayır. “Mars Academy” habelə, məhsul yenilikləri, xüsusi təkliflər və “Mars Academy”nin digər məhsul və xidmətləri barədə daim məlumatlı olmaq istəyinizlə əlaqədar təqdim etdiyiniz məlumatlardan istifadə edir. “Mars Academy” heç zaman sizin məlumatlarınızı digər şirkətlərlə paylaşmır yaxud onlara satmır.
5-15 yaşlı uşaqlar üçün Robotiks, Proqramlaşdırma, Mühəndislik və Rəqəmsal İncəsənət kursları
“Mars Academy”, MMC Xətai pros. 34 Luxen Plaza Bakı AZ1008 Azərbaycan
Bakı şəhəri, Xətai pr. 34., Luxen Plaza (sağ giriş), 7-ci mərtəbə
Bakı şəhəri, Xətai pr. 34., Luxen Plaza (sağ giriş), 7-ci mərtəbə
+994 51 700 85 05
+994 12 496 16 50
Gəncə
· Onlayn dərslər intensiv proqram olmaqla Proqramlaşdırma və Rəqəmsal İncəsənət istiqamətlərini özündə birləşdirir.
· Şagirdlər bu dərslər vasitəsilə nəinki öz kreativliklərini genişləndirəcək, həmçinin riyazi bilik, alqoritmik və kodlaşdırma qabiliyyətlərini də inkişaf etdirəcəklər.
· Kurs sifarişi üçün ödəniş kursun başlanğıc tarixindən əvvəl tam şəkildə həyata keçirilməlidir.
· Onlayn kurslara qeydiyyat haqqının geri qaytarılması ilə bağlı sorğular onlayn kursun başlamasından 1 gün əvvəl bildirilməlidir.
· Qaytarılacaq məbləğdən 25% administrativ xərclər tutulacaqdır.
· Onlayn kurslara qeydiyyat haqqının geri qaytarılması yalnız nağd formada həyata keçirilir.
· Mars Academy hər hansı onlayn kurs üzrə qeydiyyatdan keçən şagird sayı az olacağı təqdirdə, onlayn kursu ləğv etmə hüququ özündə saxlayır.
· Onlayn kursun ləğv edilmə ehtimalı olan zaman qeydiyyatdan keçənlərə bildiriləcək və fərqli bir onlayn kursa keçmək və ya onlayn kurslara qeydiyyat haqqının tam geri qaytarılması təklif ediləcəkdir.
· Mars Academy onlayn dərs aparıcılarının proqramı icra edə bilməməsi ehtimalında, təlimçiləri əvəz etmək hüququnu özündə saxlayır. Onlayn dərs aparıcılarının dəyişdirilməsi onlayn kurslara qeydiyyat haqqının geri qaytarılması üçün səbəb deyildir.
· Mars Academy tərəfindən hər-hansı bir səbəbə görə onlayn dərs ləğv edilərsə, qarşılıqlı razılıq çərçivəsində yeni bir vaxtda təmənnasız əvəz ediləcəkdir. Şagirdlər tərəfindən buraxılan dərslərin əvəz olunması üçün isə Mars Academy heç bir öhdəlik daşımır.
· Mars Academy təhsil üçün olan materialların və məzmunun keyfiyyətli təqdim olunması üçün məsuliyyət daşıyır. İştirakçıların tərəqqisi barədə onların qanuni nümayəndələrinə vaxtında məlumat verməyi öz öhdəsinə götürür.
· Onlayn dərslər həftədə 4 dəfə, hər biri 1 saat olmaqla təqdim olunur. 2 həftəlik və 4 həftəlik tədris paketləri mövcuddur.
· Mars Academy onlayn kurslarını bitirən hər bir kurs iştirakçısına intensiv davam edən onlayn kurs üzrə Təşəkkürnamə təqdim edilir.
· Mars Academy onlayn kurslarına qeydiyyat üçün Mars Academy müəyyən sayda şəxsi məlumatlarınızı tələb edir.
· Məxfiliyiniz bizim üçün çox vacibdir. Mars Academy Məxfilik Siyasəti xüsusi olaraq, hansı məlumatları topladığımızı və necə istifadə olunduğunu əhatə edir.
· Şəxsi məlumatlarınızın necə istifadə olunduğunu daha detallı öyrənmək istəyirsinizsə, Mars Academy Çağrı Mərkəzi ilə əlaqə yarada bilərsiniz.
· Fors-major (daşqın, zəlzələ, vulkan, yanğın və digər fövqəladə hallar) zamanı Mars Academy onlayn dərslərin keçirilməyəcəyi təqdirdə heç bir maddi və digər məsuliyyət daşımır.
· Bu Saziş Azərbaycan Respublikası qanunvericiliyinə tabedir və tərəflər hər hansı mübahisə ilə əlaqədar Azərbaycan Respublikası Məhkəmələrinin müstəsna səlahiyyətlərinə tabe olurlar.
· Mars Academy daim proqramlarını inkişaf etdirməyə çalışır və istifadəçi rəylərini alqışlayır.
· Mars Academy onlayn dərsləri ilə bağlı rəy bildirmək və ya şikayət etmək istəyirsinizsə, zəhmət olmasa, [email protected] elektron poçtuna göndərin və ya Mars Academy Çağrı Mərkəzi ilə əlaqə saxlayın.
· Şikayətlər çox ciddi qəbul edilir, vaxtında və düşünülmüş formada həll ediləcəkdir.
· E-mail: [email protected]
· Çağrı mərkəzi: +994(51)700 85 05
· Poçt: Bakı şəh., Yasamal r-nu, İslam Səfərli küç. 56, AZ1009
* Şagirdlər bu dərslər (Yay proqramı) vasitəsilə, nəinki, öz kreativliklərini genişləndirəcək, həmçinin, riyazi bilik, alqoritmik və kodlaşdırma qabiliyyətlərini də inkişaf etdirəcəklər.
* Yay proqramı üçün ödəniş proqramın başlanğıc tarixindən əvvəl tam şəkildə həyata keçirilməlidir.
* Yay proqramı üçün ödənişin geri qaytarılması ilə bağlı sorğular proqramın başlamasından 1 gün əvvəl bildirilməlidir.
* Qaytarılacaq məbləğdən 25% administrativ xərclər tutulacaqdır.
* Yay proqramı üçün ödənişin geri qaytarılması yalnız nağd formada həyata keçirilir.
* Yay proqramının ləğv edilmə ehtimalı olan zaman qeydiyyatdan keçənlərə bildiriləcək və qeydiyyat haqqının tam geri qaytarılması təklif ediləcəkdir.
* Mars Academy tərəfindən hər-hansı bir səbəbə görə Yay düşərgəsinin hər hansı bir günü ləğv edilərsə, qarşılıqlı razılıq çərçivəsində yeni bir vaxtda təmənnasız əvəz ediləcəkdir. Şagirdlər tərəfindən buraxılan dərslərin əvəz olunması üçün isə Mars Academy heç bir öhdəlik daşımır və dərslərin videoyazısının paylaşılmasına icazə yoxdur
* Mars Academy təhsil üçün olan materialların və məzmunun keyfiyyətli təqdim olunması üçün məsuliyyət daşıyır. İştirakçıların tərəqqisi barədə onların qanuni nümayəndələrinə vaxtında məlumat verməyi öz öhdəsinə götürür.
* Yay düşərgəsi həftədə 5 dəfə, 1 saat yarım olmaqla keçirilir.
* Mars Academy “CAMPion” Yay proqramını bitirən hər bir şagirdə sertifikat təqdim edir.
* Mars Academy “CAMPion” Yay proqramına qeydiyyat üçün müəyyən sayda şəxsi məlumatlarınızı tələb edir.
* Məxfiliyiniz bizim üçün çox vacibdir. Mars Academy Məxfilik Siyasəti xüsusi olaraq, hansı məlumatları topladığımızı və necə istifadə olunduğunu əhatə edir.
* Şəxsi məlumatlarınızın necə istifadə olunduğunu daha detallı öyrənmək istəyirsinizsə, Mars Academy Çağrı Mərkəzi ilə əlaqə yarada bilərsiniz.
* Fors-major (daşqın, zəlzələ, vulkan, yanğın və digər fövqəladə hallar) zamanı Mars Academy “CAMPion” yay proqramının keçirilməyəcəyi təqdirdə heç bir maddi və digər məsuliyyət daşımır.
* Bu Saziş Azərbaycan Respublikası qanunvericiliyinə tabedir və tərəflər hər hansı mübahisə ilə əlaqədar Azərbaycan Respublikası Məhkəmələrinin müstəsna səlahiyyətlərinə tabe olurlar.
* Mars Academy daim proqramlarını inkişaf etdirməyə çalışır və istifadəçi rəylərini alqışlayır.
* Mars Academy “CAMPion” Yay proqramı ilə bağlı rəy bildirmək və ya şikayət etmək istəyirsinizsə, zəhmət olmasa, məktubunuzu [email protected] elektron poçt ünvanına göndərin və ya Mars Academy Çağrı Mərkəzi ilə əlaqə saxlayın.
* Şikayətlər və təkliflər çox ciddi qəbul edilir, vaxtında və düşünülmüş formada həll ediləcəkdir.
* E-mail: [email protected]
* Çağrı mərkəzi: +994(51)700 85 05
* Poçt: Bakı şəh., Yasamal r-nu, İslam Səfərli küç. 56, AZ1009