Məxfilik siyasəti

“Mars Academy” veb səhifəsinə daxil olmaqla yaxud səhifədən istifadə etməklə, siz Onlayn Məxfilik Siyasətinin şərtləri ilə (aşağıda təsviri verilir) razı olduğunuzu bildirirsiniz. Əgər bu şərtlər ilə razı deyilsinizsə, xahiş olunur veb səhifəyə daxil olmayın və ya ondan istifadə etməyin.

Fərdi məlumatların toplanması

Bu səhifədə müəyyən fəaliyyətləri həyata keçirərkən, sizdən onlayn formada dolduraraq göndərməklə özünüz haqqında müəyyən məlumatları təqdim etməyiniz istənilə bilər. Sizin üçün bu fəaliyyətin həyata keçirilməsi tamamilə könüllüdür. Əgər bu fəaliyyətləri həyata keçirmək seçimini edirsinizsə, o zaman sizdən fərdi kimlik məlumatları, məsələn adınızı, poçt ünvanınızı, e-mail ünvanınızı və digər fərdi kimlik məlumatlarını təqdim etməniz tələb oluna bilər.

Fərdi məlumatları təqdim etməklə siz anlayırsınız ki, məlumatlarınızın Azərbaycan da daxil olmaqla “Mars Academy”nin ofislərinin olduğu istənilən yerdə “Mars Academy” tərəfindən saxlanmasına, ötürülməsinə və işlənməsinə razılıq vermiş olursunuz.

“Mars Academy” bu məlumatları seçdiyiniz fəaliyyətlərdə iştirakınızın qeydə alınması və dəstəklənməsi məqsədilə toplayır. “Mars Academy” habelə, məhsul yenilikləri, xüsusi təkliflər və “Mars Academy”nin digər məhsul və xidmətləri barədə daim məlumatlı olmaq istəyinizlə əlaqədar təqdim etdiyiniz məlumatlardan istifadə edir. “Mars Academy” heç zaman sizin məlumatlarınızı digər şirkətlərlə paylaşmır yaxud onlara satmır.