MİSSİYA
YAŞ QRUPU
MİSSİYA
YAŞ QRUPU
MİSSİYA
YAŞ QRUPU
MİSSİYA
YAŞ QRUPU
MİSSİYA
YAŞ QRUPU
MİSSİYA
YAŞ QRUPU
Aysel Səfərli
Yüksək pedaqoji təcrübəyə malik olan Aysel müəllimə uzun illər uşaqlarla çalışdığından onlarla asanlıqla ünsiyyət qura bilir. Rəqəmsal bacarıqlarını anlaşıqlı şəkildi uşaqlara aşılaması ilə fərqlənir. Mars Academy-nin nümunəvi mütəxəssisi və uşaqların sevimlisidir.
Zəhra İmanova
Zəhra deyir ki, “Mühəndislik, xüsusilə də fəza mühəndisliyi müasir dünyanın ən güclü və gələcək vəd edən sahəsidir”. LEGO Education, həm də Arduino üzrə mütəxəssis olan Zəhra bildirirdi ki, “Şagirdlərin edə biləcəyi layihələrin sərhədi yalnız onların təxəyyülüdür”.
İlyas Kərimov
ADA universitetinin ən parlaq məzunlarından biri olan İlyas KAIST Universitetində mübadilə proqramı ilə bir müddət təhsilini Cənubi Koreyada keçmişdir. Hal-hazırda George Washington Universitetində Magistr təhsilini davam edir. AzərKosmos tərəfindən keçirilən CanSAT 2019 müsabiqəsində canADA 1-ci yeri tutaraq, xüsusi olaraq fərqlənmişdir. Qazandığı universal bilik və bacarıqları uşaqlara ən sadə dildə öyrətməsi ilə seçilir.
Aytac Nürəddinova
Uşaqların sevimli müəlliməsi olan Aytac daha yaxşı gələcəyin olmasına gedən yolun savadlı şagirdlər yetişdirməkdən keçdiyini yaxşı bilir. Aytac Bakı Mühəndislik Universitetinin Fizika ixtisasına yiyələnmişdir. Məhz buna görə də xüsusi pedaqoji bacarığıyla şagirdlərə qazandığı bilikləri ustalıqla öyrədir. LEGO education üzrə mütəxəssis olmasıyla yanaşı, kosmosa olan marağı və daim mütailə etməsiylə seçilir.
Ayan Nəcəfova
ADA Universiteti Kompüter Elmləri məzunu olan Ayan interaktiv dərslər tədris etməklə şagirdlərə innovativ yenilikləri əyləncəli dildə aşılayır. Mars Academy-də Rəqəmsal İncəsənət, Robot Texnologiyaları və Proqramlaşdırma istiqamətləri üzrə təlimlərin keçirilməsini peşəkarlıqla icra edir.
İlk görüşdən sizə çox güvəndim və əmin idim ki, oğlum Məhəmmədəliyə çox maraqlı gələcək. Heç bir dərs buraxmadan həvəslə gəldik və nəticə göz qabağındadır. Oğlum layihəsini o qədər səlis və fərəhlə yerinə yetirdi ki, biz çox qürurlandıq. Sizə çox təşəkkür edirik.
Rahilə Mirzəyeva (Məhəmmədəli Mirzəyev)
Ən çox bəyəndiyim uşaqlara fərdi yanaşılması, dərsin maraqlı və keyfiyyətli olmasıdır.
Vəfa Qarayeva (Məryəm Qarayeva)
Dərslər maraqlı və keyfiyyətli keçirilir. Bunun nəticəsində uşaqlar maraqla bu kursa qoşulur.
Ülkər Daşdəmirova (Sədi Daşdəmirov)
Hər bir şagirdə fərdi yanaşılır, çətinliyi olana müəllimlər tərəfindən kömək edilir və ən başlıcası, şagirdə verilən tapşığı praktikada tətbiq etməklə həll yolu öyrədilir.
Təhminə Aslanova (Tomris Aslanova)
Kurslarınızda ən çox bəyəndiyim məqam gələcəkdə karyera istiqamətində seçim etməkdə verdiyiniz tövsiyədir. Bununla yanaşı, Səidin ən çox bəyəndiyi “Roblox” oyunu, ümumiyyətlə isə robot texnologiyaları sahəsində olan məşğələlər olmuşdur.
Ülviyyə Əfəndiyeva (Səid Əfəndiyev)